GƏLİR VERGİSİNDƏN KİMLƏR AZAD OLUNDU ?

Vətən müharibəsi qəhrəmanları gəlir vergisindən azad olunub. Bu, Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilən dəyişiklikdə öz əksini tapıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.