GÜRCÜSTANIN BAŞ NAZİRİ TÜRKİYƏYƏ SƏFƏR EDİB

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 1-də Türkiyəyə səfər edib. Türkiyə Prezident Administrasiyasında Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir İrakli Qaribaşvili arasında təkbətək və heyətlərarası görüş keçirilib.Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir İrakli Qaribaşvili birgə keçirdikləri mətbuat konfransında ikitərəfli və regional əməkdaşlığın vəziyyətini və perspektivlərini yüksək dəyərləndiriblər.Türkiyə ilə Gürcüstan arasında ticarət əlaqələrinin son 14 ildə ən yüksək səviyyəyə çatdığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan, bu hədəfin 3 milyard dollar olduğunu qeyd edib. Həyata keçirilən birgə enerji və nəqliyyat layihələrinin əhəmiyyətini yüksək dəyərləndirən Türkiyə Prezidenti bildirib ki, terrorçuluqla mübarizə, beynəlxalq inteqrasiya, ərazi bütövlüyü məsələləri müzakirə olunub. Dövlət başçısı qeyd edib ki, onun ölkəsi Azərbaycan-Gürcüstan-Ermənistan və yaxud Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatlarını dəstəkləyir.