GÜLƏŞÇİ TURAN BAYRAMOV DÜNYA ÜÇÜNCÜSÜ OLUB

Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir. Sərbəst güləşçimiz Turan Bayramov (74 kq) 1/8 finalda almaniyalı idmançını vaxtından əvvəl xalçadan məyus yola salıb. ABŞ təmsilçisiylə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması Turan Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib. Ancaq Macarıstan idmançısı xalçaya çıxmadığı üçün güləşçimiz birbaşa üçüncü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Rusiya təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesabla qələbə qazanan Turan Bayramov dünya üçüncüsü olub. .