GÖYTÜRK ƏLİFBASININ TARİXİ KÖKLƏRİ

Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Tədqiqatlar göstərir ki, dünyanın ən qədim əlifbalarından biri, göytürk əlifbasıdır. Türklərin sözlərini yazıb saxlamaları Eramızdan 500 il qabaq İssik Kurqanında yazılmış olan bir bəlgə ilə ortaya çıxmışdır. Bunun ilk yazı olduğunu demək yanlış olardı.Yazıların o vaxt yazıldığına görə demək ki, bu yazıların daha öncədən də kökü var. Bu fakt onu göstərir ki, Türk yazısının ən azı 3000 illik keçmişi var.