GÖYQURŞAĞI EVKALİPT AĞACI

Filippin və Havay adalarında bitən “Göyqurşağı” evkalipti göyqurşağını xatırladır. Onun qabığı öz gözəl rəngləri ilə seçilir. Ağacın öz qabığını dəyişmə xüsusiyyəti var və qabıq köhnəldikcə rəngi müxtəlif rənglərə çalır. Əvvəlcə o açıq yaşıl, sonra tünd yaşıl, daha sonra mavi rəngin müxtəlif çalarları, sonra isə çəhrayı rənglə narıncı rəngə boyanır. Qabıq soyulmağa başladıqda qəhvəyi rənglə çəhrayı rəngin qarışığından ibarət bir rəngdə olur.