GORUS-QAFAN YOLUNUN AZƏRBAYCAN ƏRAZİSİNDƏN KEÇƏN HİSSƏSİ BAĞLANDI

44 günlük vətən müharibəsindəki qələbədən sonra tarixi torpaqlarımız yenidən ordumuzun nəzarəti altına keçdi. Bura Gorus- Qafan yolunun Azərbaycan ərazisinə düşən iki hissəsi də daxildir. Bu ilin avqust ayının 25- ə kimi ölkəmizin humanist addımları sayəsində Ermənistan Gorus- Qafan yolundan rahat şəkildə istifadə edirdi. Lakin qarşı tərəfin təxribata əl ataraq əsgərimizə hücum etməsi onları bundan məhrum edib.