FƏRHAD KİMİ DAĞ YARIB XƏSTƏXANAYA YOL AÇIB

Hindistanın ucqar və kasıb kəndində yaşayan Daşrat Mançi 22 il ərzində təkbaşına işləyərək dağı dəlib yol çəkib. O, həyat yoldaşını itirəndən sonra bu addımı atmağa qərar verib. Xəstə olan həyat yoldaşını yolun uzaq olması səbəbindən həkimə vaxtında çatdırıla bilmədiyindən dünyasını dəyişir.Bundan sonra, 1960-cı ildə əlinə külüng götürərək aradakı 70 kilometrlik yolu 40 kilometrə qədər qısaldır. Nəticədə 22 il ərzində 110 metr uzunluğunda, 9 metr enində yol açır. Bununlada da nə qədər insanın zamanında xəstəxanaya yetişməsinə yardım etmiş olur. Onun bu işi bu gün Hindistanın yoxsul kəndlərində yaşayan gənclər üçün bir motivasiya örnəyidi.