FÜZULİ VƏ CƏBRAYIL RAYONLARI MİNALARDAN TƏMİZLƏNİR

İşğaldan azad edilən Füzuli və Cəbrayıl rayonları ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediator təşkil olunub.Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və qardaş Türkiyə Respublikasından gələn mühəndis-istehkamçılar tərəfindən birgə aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.Mühəndis Qoşunlarının zabiti, polkovnik Ceyhun Bağırov minatəmizləmə əməliyyatı barədə jurnalistlərə məlumat verib. Bildirib ki, qardaş Türkiyənin istehkamçıları ilə birlikdə Azərbaycan Ordusunun istehkamçıları düşməndən azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatlarının təmizlənməsi tapşırığını icra edirlər. İndiyədək 7 min hektardan çox ərazi təmizlənərək təhvil verilib.Media nümayəndələri əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə həyata keçirilən təmizləmə işlərinə baxış keçiriblər.