FERMERLƏRƏ ŞAD XƏBƏR - SUBSİDİYALARIN VERİLMƏSİNƏ BAŞLANILIB

Subsidiyaların köçürülməsi mərhələli şəkildə davam edir. Prosesin martın 20-dək sona çatdırılması nəzərdə tutulur.Bunu televiziyamıza açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq subsidiyalar elektron sistem üzərindən verilir. elektron sistemdə bu günə qədər 472 mindən artiq fermer qeydiyyatdan keçib.Kartların paylanılması prosesinin ən qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.Xatırladaq ki, hazırda elektron kabinetdə 472 min fermer qeydiyyatdan keçərək özələrinə şəxsi kabinet yaradıblar.Fermerlərin bitkiçilik sahəsində fəaliyyətə görə alacaqları subsidiyalara əsas təşkil edən torpaq sənədləri və payızlıq əkinləri barədə bəyanları sistemə daxil edilib.