EVDƏ QAL AMMA İNKİŞAFDAN QALMA !

Bu gün dünyanın bir çox ölkələrini bürüyən yeni nəsil koronavirusla bağlı mühüm araşdırmalar gedir. Həkimlər məlum virusun qarşısını almaq üçün əllərindən gələni edirlər. Ancaq bu işdə insanlar da həkimlərə yaxından kömək etməlidirlər. Bəs necə kömək etmək olar?

Çox sadə evdə qalaraq. Siz evdə qalaraq həkimlərin işlərinə yaxından kömək etmiş olurnsunuz. Evdə qal ancaq inkişafdan geri qalma. Bir sıra görmək istədiyimiz amma həmişə vaxt tapa bilmirəm deyib gecikdirdiyimiz işləri etməyin əsil vaxtıdır. Elə başlayaq kitab oxumaqdan. Kitab rəfində sizi gözləyən əsərləri oxumağın vaxtı gəlib çatıb. Hə, əgər kitab rəfim yoxdur deyirsinizsə narahat olmuyun inkişaf edən yüksək texnologiyaların insanlara təqdim etdiyi ən yaxşı seçənəklərindən biri də elektron kitablardır. Istədiyiniz yazarın kitablarını rahat şəkildə əldə edə bilərsiniz. Min cür bəhanələrlə hər zaman ertələdiyiniz bu gün edərəm, sabah edərəm dediyiniz idman üçün artıq əla fürsət yaranıb . Bunun üçün youtube-dən evdə idman mövzusunda kiçik araşdırma edib başlaya bilərsiniz. Sulu boya, fırça və ya rəngli karandaşlar bir də fantaziyanızdan istifadə edərək rəsim çəkə bilərsiniz. Deyirsiz ki, rəsim çəkmək bacarığım yoxdur. Heç narahat olmayın əlinizdə tutduğunuz ağıllı telefonlardan istifadə edərək maraqlı foto və ya video çəkə bilərsiniz. əgər profesional şəkildə çəkmək istəyirsinizsə o zaman yotube-dən şəkillərin necə çəkilməsi ilə bağlı video dərslikləri izləyə bilərsiniz. Dünyanın sürətlə inkişaf edən zamanında biz telefonlar vasitəsi ilə də başqa ölkələri gəzə bilərik. Onlayn şəkildə muzeylərə, ölkələrə səyahət edə bilərsiniz. Hər ayın başlanğıcında “ bu ay ərzində etmək istədiklərim listinin” əvvəlində yazdığınız yeni bir dil öyrənmək üçün yeni yollar kəşf edə bilərsiniz. Təhsil bir millətin gələcəyidir. Evdə olduğunuz zaman dünyanın məşhur universitetlərinin təklif etdiyi onlayn dərslərdən yararlana bilərsiniz. əgər təhsiliniz pedoqoji sahə üzrədirsə, o zaman Qafqaz tv-nin Telemühazirə verlişini izləyə bilərsiniz. Dəyərli izləyicilər, bu çətin zamanda qoyulan qaydalara əməl edək. Evdə qalın çünki bu sizin və toplum sağlamlığı üçün önəmlidir.