ERMƏNİSTANDA POSTA ÇIXMAĞA KİŞİ QALMAYIB

Ermənistan ordusunda xidmətə bu dəfə qadınlar cəlb edilib. Bir neçə gün öncə Ermənistanda səfərbərlik elan olduğunu göstərən görüntülərdə yaşlı insanlar, dəqiq desək qocalar yer almışdı. Bu dəfə isə Ermənistan ordusuna qadınların cəlb olunmasına dair video yayılıb. Ermənistan mediasında yayılan bu görüntülər qısa zamanda sosial şəbəkələrdə paylaşılıb və geniş müzakirələrə səbəb olub. Videodakı hərbi geyimdə olan qadının Azərbaycanla sərhəd bölgədə olduğu bildirilir. Ekspertlərin fikrincə müharibədəki itkilər, müharibədən sonra ölkədə yaşanan xaos və axınla insanların Ermənistanı tərk etməsi nəticəsində orduda xidmət etməyə adam qalmayıb.