ERMƏNİSTAN ZƏRBƏ PUA-LARI TƏDBİQ EDİR

Mayın 12-i saat 11:30 –da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki bölmələri Azərbaycan ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tədbiq edib. Müdafiə Naziriliyindən bildirilib ki,Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir. Ordumuzda şəxsi heyyət və texnika sarıdan itki yoxdur. Müdafiə Naziriliyindən verilən bilgiyə görə bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, əməliyyat şəraiti nəzarət altındadır.