ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ NÖVBƏTİ DƏFƏ NAXÇIVAN İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1335
			
	
        
		
			
		
		
	
	
		Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, iyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan  silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin  Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.Bölmələrimizin şəxsi heyəti  və texnikasında itki və zərərçəkən yoxdu. Düşmən cavab atəşi ilə susdurulub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				