ERMƏNİSTAN RUSİYAYA BELƏ YARDIM EDİRDİ

ABŞ Ermənistanın müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçən daha bir neçə şirkətə sanksiya tətbiq edib. Sənəd ABŞ-ın federal reyestrində dərc edilib və mayın

23-də qüvvəyə minəcək. ABŞ Ticarət Nazirliyi Ermənistanın “Medisar” şirkəti də  daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib. Verilən bilgiyə görə, Ermənistanda qeydiyyatdan keçən bir neçə şirkət, o cümlədən “Tako MMC” və “Milur Electronics MMC” də daxil olmaqla, ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına məruz qalıb. Digər şirkətlər Rusiyanın 69 müəssisəsi  və Qırğızıstanın “Tro.Ya” şirkətidir. Bilgidə o da qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların hərəkətlərinin məhsullarının son alıcısının kim olmasının yoxlanılmasının uğurla başa çatmasına mane olması olub. Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-ın sankiyaya məruz qalan müəssisələri ilə sıx əlaqələrdədir.