ERMƏNİNİ DİZ ÇÖKDÜRƏN QUBALI PƏHLƏVAN
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1155
			
	
        
		
			
		
		
	
	
		17 yaşadək güləşçilərdən ibarət Yunan – Roma komandamız Avropa çempionu olub. Təmsilçilərimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən   yarışda 2 – si qızıl, 5 – I gümüş və 1 – I bürünc olmaqla ümumən 8 medal qazanıblar. Yığmamızın heyətində Quba güləş məktəbinin yetirməsi Fərahim Mustafayev 55 kq. – da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  Onu da qeyd edək ki, Fərahim finalda ermənistanlı Lyüdviqyanla üz-üzə gəlib. Mustafayev rəqibinə vaxtından əvvəl tam üstünlüklə, 13:4 hesabı ilə qalib gəlib.  Ötən gün axşam saatlarında Avropa çempionumuz böyüyüb – başa çatdığı Quba şəhərinə geri dönüb.  Qubanın fəxrini yerli əhali və ictimaiyyət nümayəndələri elə adına layiq də qarşıladılar. Onu da qeyd edək ki, qitə yarışına böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan Yunan – Roma millimiz 175 xal toplayıb. Pəhləvanlarımız 2 – 3 – cü yerləri bölüşən Ukrayna və Gürcüstan komandalarını 66 xal üstəliyərək ardıcıl ikinci il Avropa çempionu olublar.  
    
        
                    
            
	
	
				
				
		
	
	
				