ERMƏNİLƏR ÖLKƏNİN XİLASINI AZƏRBAYCANLA SÜLHDƏ GÖRÜR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 970
			
	
        
		
			
		
		
	
	
		Ermənistanda 70-ə yaxın ictimai-siyasi fəal indiki vəziyyətdə ölkəni iqtisadi bolkadadan çıxarmaq və inkişaf etdirmək üçün qonşularla  münasibətlərin yaxşılaşdırılmasının əsas şərt olduğunu bildiriblər. Yazıçı Armen Ohanyan və aktyor Ovanes Azoyanın da imza atdığı bəyanatda qeyd olunur ki, Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməlidir. Əks halda ölkəni uçurumdan xilas etmək mümkün olmayacaq. Bəyanatı imzalayanlar arasında Zara Arutunyan, Yuriy Manvelyan və Şaqane Xacaturyan kimi jurnalistlər də var. Göründüyü kimi Ermənistanda müxtəlif zümrədən olan insanlar Ermənistandakı hadisələrin təxribat və hakimiyyət uğrunda mübarizə olduğunu anlayır. Onlar yaxşı başa düşürlər ki, ölkəni uçurumdan xilas etmək üçün revanşist ideyalardan uzaqlaşmaq və reallıqları qəbul etmək lazımdır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				