ERMƏNİLƏR XANKƏNDİNDƏ YAŞAMAQ İSTƏMİRLƏR

Yaşamaq üçün heç bir şərait yoxdur. Bunu Xankəndində susuz qalan ermənilər deyirlər. Belə ki, Xankəndi şəhəri başda olmaqla Rus sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə su çatışmazlığı ilə yaranan problem erməni və rus mətbuatında, eləcə də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələn Kavkazskiy uzel nəşri yazır ki, Xankəndini suyla təmin edən çaylar quruyub. Nəticədə bu ərazidə yaşayan əhalinin suylla bağlı ciddi problemi yaranıb. Separatçı rejim isə bunun havaların isti keçməsi və quraqlıqla əlaqələndirib.