ERMƏNİLƏR QARABAĞA MUZDLU TERRORÇULAR GÖNDƏRMƏYƏ HAZIRLAŞIR

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Saak Saakyan etiraf edib. O, Qarabağda erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verib. Rəis müavininin sərsəm açıqlaması ilə bağlı Azərbaycan XİN bəyanat yayıb. Ermənilər sülh prossesini pozmaq üçün yenidən təxribata əl atırlar. Belə ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Saak Saakyanın sözlərinə görə Qarabağda ancaq müqaviləli hərbiçilər xidmət edəcək. Daha çağrışçılar bura göndərilməyəcək.Bununla da Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələr göndərdiklərini etiraf ediblər.