ERMƏNİLƏR AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARINI YANDIRDILAR

İrəvanın Respublika meydanında qondarma “erməni soyqırımı”nın 110 illiyinə həsr olunmuş “məşəl yürüşü” keçirilib. Erməni vandallar ənənəvi xislətlərinə uyğun olaraq yürüşdə Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Armenpress”in sualını cavablandırarkən, ötən gün keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılması ilə bağlı Nikol Paşinyanın mövqeyini bildirib. Bağdasaryanın sözlərinə görə Paşinyan bu addımı pisləyib və bunu məsuliyyətsiz və qəbuledilməz hesab edib. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu təxribatçı və təhrikedici bir təcrübədir. Qeyd edək ki, analoji tədbirlər 2000-ci ildən bəri hər il Ermənistanda keçirilir. Bundan öncəki illərdə də iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırmışdı.