DƏMİRÇİDAM KƏNDİ

Dəmirçidam Kəlbəcər rayonununda kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Gədəbəy rayonunun İınıx kəndindən gəlmış ailələr keçmış dəmirçi damının (dəmirçixananın) yanında saldıqları üçün belə adlandırılıb. Koc yolunun kənarında yerləşən dəmirçixanada dəmirçilər yaylağa qalxan və qışlağa qayıdan elatlara movsumi xidmət göstərirdilər.Kənddə Məşədi Baxşalı yurdu, Kalvalılar yurdu, Ortaboyun yurdu, Behbudalı yurdu, Qazaxlar yurdu, Əhmədxan yurdu, Qanqallı yurd, Tombadaş yurdu, Məhərrəmin yurdu, Daşlıqonqur yurdu, Əmir bulağının yurdu kimi yaylaqlar var.Bulaqlarından Ongöz bulağın, Novlu bulağın, Göy bulağın, Qapaz bulağın, Hüseyn bulağın, Lilpərin bulağın, Xatın bulağın, Söyüdlü bulağın, Müseyibin bulağı, Qiblə bulağı, Əmir bulağın adlarını çəkmək olar. Kəndin Kalafalıq binəsi var.