DÜNYANIN İLK VƏ YEGANƏ ƏNƏNƏVİ OXÇULUQ MUZEYİ

Malazgirt Zəfəri hər il Ahlat və Malazgirtdə Oxçular Vəqfi tərəfindən təşkil edilən tədbirlər ilə anılır. İlk dəfə 2017 -ci ildə Malazgirt Zəfərinin 946 -cı ildönümünü münasibətilə keçirilən tədbirlər həmin ildən etibarən hər il keçirilir. Bu il Çölçü birliyi başqanı Eltən Törəçi və Qafqaz TV – nin bir qrup əməkdaşı da Yunus Emre institutu Bakı nümayəndəliyinin və Türkiyə oxçular vəqfinin özəl dəvəti ilə Malazgirt qələbəsi qutlamalarına dəvət edilmişdilər.