DÜNYADA ƏN ÇOX HANSI DİLDƏ DANIŞILIR

Dünyada ən çox danışılan dillər bəlli olub. Ən çox danışılan dillərin siyahısında Çin ilk yerdə qərar tutub. Beləki Çin dili Orta Asiyanın bir çox yerində istifadə olunur. Dünyada Çin dilində danışan 1 milyard 300 milyon  insan danışır.

Dünya dili kimi bildiyimiz dillərdən biri olan ingilis dili 2-ci yeri tutur. İngilis dili ən çox danışılan dil olmasa da bu dilin ən çox yayılmış dil özəlliyi  var.  İngilis dilində hazırda 427 milyon insan danışır. İspan dili dünyda ən çox danışılan dillər arasında 3-cü yerdədi. Bu dildə 266 milyon insan danışır. Rəsmi dili İngilis dili olan Hindlilərin doğma dili Hindcə ən çox danışılan dillər sırasında 4-cü yerdə qərarlaşıb. Bu dildə 260 milyon insan danışır. Ural- Altay dil qrupunun Altay dillər ailəsində yer alan, dünyada ən zəngin dillərdən olan Türk dili də dünyada ən çox danışılan dillər sırasındadır. Türk dili dünyada ən çox danışılan dillərin reytinq cədvəlində 5-ci yerdədir. Türk dilində Şərqi Türküstandan tutmuş Şimali  Kipr Türk Cümhuriyyətinə qədər əksəriyyəti Orta Asiyadan  olmaqla 220 milyon Türk bu dildə danışır. Türk dilindən sonra Ərəb dili ən çox danışılan dillər sırasındadır. 6-cı yerdə qərarlaşan bu dildə 181 milyon insan danışır. Portuqal dili dünyada ən çox danışılan dillər siyahısanda 7-ci yerdədir. Bu dildə 165 milyon insan danışır. Portuqal dilindən sonra Benqal dili  8-ci yerdə qərarlaşır. Benqal dilində danışanların sayı 162 milyon nəfərdir. Rus dilində danışan insanların sayı 158 milyon nəfərdir. Bu dil dünyada ən çox danışılan dillər sırasında 9-cu yerdə qərarlaşıb. Yapon dili ən çox danışılan dillər sırasında 10-cu yerdədir. Bu dildə danışanların sayı 124 milyondur. Alman dili ən çox danışılan dillər sırasında 11-cidir. Alman dilində danışanların sayı 121 milyon nəfərdir. Avropa dilləri arasında ən çətin dillərdən hesab olunan Fransız dili də ən çox danışılan dillərdən biridir. Bu dildə danışanların sayı 116 milyon nəfərdir. Fransız dili reytinq cədvəlində 12-ci yerdə qərar tutub. Sonda onu da qeyd edək ki, dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır. Ana dilimiz Altay dilləri ailəsinin türk dilləri qrupuna daxildir. Dünyada ən çox danışılan dillər sırasında 5-ci yeri tutan Türk dilində danışan 220 milyon insanın arasında Türk dillər ailəsinə daxil olan Azərbaycan dilinin də payı var.