DÜNYADA TURİSTLƏRİN SAYI 31 İLLİK MİNİMUMU YENİLƏYİB

2020-ci ildə dünya üzrə turistlərin sayı 381 milyon nəfər olub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının hesabatında bildirilir. Sənədə əsasən, bu, 2019-cu illə müqayisədə 73,9% azdır və 1989-cu ildə qeydə alınmış 438 milyon nəfər rəqəmindən belə azdır.