DÜNYADA BİR İLK- 3D FORMASINDA EKOLOJİ CƏHƏTDƏN TƏMİZ EV TİKİLİB

İtalyanın 3D printerlərin istehsalı ilə məşğul olan “WASP” şirkəti “Mario Cucinella Architects” memarlıq bürosu ilə birgə bu yaxınlarda gildən, sudan, düyü qabığından 3D formasında ev təqdim edib.qeyri-adi günbəzli ev Boloniya şəhəri yaxınlığındakı kiçik Massa Lombarda qəsəbəsində cəmi 200 saata çap olunub.“TECLA” adlanan ev qabaqcıl texnologiya əsasında təkrar istifadə edilə bilən təbii materiallardan hazırlanıb. Bununla da, ətraf mühitə davamlı və ekoloji cəhətdən təmiz bir mənzil modeli konsepsiyası təqdim olunub.