DÜNYA TURİZM TƏŞKİLATININ BAŞ ASSAMBLEYASININ SESSİYASI KEÇİRİLİR

Sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, sessiyada 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak edir. Baş Assambleyanın 23-cü sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alıb. Qeyd edək ki, sessiya sentyabrın 13-dək davam edəcək.