DÜNYA KUBOKU: ŞAHMATÇIMIZ VASİF DURARBƏYLİ NÖVBƏTİ MƏRHƏLƏYƏ VƏSİQƏ QAZANIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1405
			
	
        
		
			
		
		
	
	
		Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir. İyulun  19-u dünya kubokunun üçüncü mərhələsinin cavab oyunları keçirilib. Belə ki, otuzikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyana qalib gələrək hesabı bərabərləşdirib. Şahmatçımız rəqibi ilə tay-brekdə mübarizə aparacaq. Vasif Durarbəyli isə çexiyalı David Navaranı 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				