DÖVLƏT TURİZM AGENTLİYİ MEDİATUR TƏŞKİL EDİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1639
			
	
        
		
			
		
		
	
	
		Avqustun 10-da Dövlət Turizm Agentliyi kütləvi informasiya vasitələrinin 50-yə yaxın əməkdaşının və səyahət  blogerlərinin iştirakı ilə “Lahıc” Dövlət Tarix–Mədəniyyət Qoruğuna mediatur təşkil edib. Bölgə müxbiri xəbər verir ki, mediatur ictimaiyyəti və KİV nümayəndələrini ölkəmizdə turizmin bərpası və xüsusilə yay mövsümündə turizmin inkişafı istiqamətində görülən işlər, yeni turizm məhsulları və layihələr haqqında məlumatlandırmaq, mövcud turizm dəhlizlərinin imkanlarını geniş auditoriyanın diqqətinə çatdırmaq məqsədilə təşkil olunub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				