DÖVLƏT SƏRHƏDİNİN POZULMASI NƏTİCƏSİNDƏ HƏLAK OLAN GİZİR QUBADA DƏFN EDİLİB

Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan kiçik giziri Alimov Fərid Elçin oğlu dəfn edilib.şəhid Quban rayonunun Yeni Güləzi kəndindəki qəbiristanlıqda torpağa tapşırılıbMayın 15-də Azərbaycan-İran sərhədində - Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində baş verən silahlı insidentdə həlak olan DSX-nin hərbi qulluqçusu, kiçik gizir, 28 yaşlı Fərid Elçin oğlu Alimov Quba rayonunun Yeni Güləzi kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Quba İH başçısı və rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.Qeyd edək ki, mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.