DMİTRİ MURATOV NOBEL SÜLH MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Rusiyada fəaliyyət göstərən yeganə müstəqil qəzet olan “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel Sülh mükafatına layiq görülüb. Bu barədə Nobel komitəsi bəyan edir. Qeyd olunur ki, Muratov “demokratiya və dayanıqlı sülh üçün zəruri şərt olan söz azadlığının müdafiəsinə yönəlmiş səylərinə görə” Nobel Sülh mükafatına layiq görülüb. Dmitri Muratovun Nobel Sülh mükafatına layiq görülməsi ermənitərəfi, xüsusilə də erməni mediasını bərk qıcıqlandırıb.