Diribaş işbirliyi

Sankt- Peterburqlu gənclər Azərbaycanlı gənclərlər fəal əməkdaşlığa başlayırlar

Sankt- Peterburqlu gənclər Azərbaycanlı gənclərlər fəal əməkdaşlığa başlayırlar. Bu barədə Sankt-Peterburq Şəhəri İcra Hakimiyyətində Xarici Əlaqələr Komitəsi rəsmisi Yevqeniy Qriqoryev Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi İntiqam Babayevlə görüşü zamanı deyib.

Sankt-Peterburq Şəhəri İcra Hakimiyyətində Xarici Əlaqələr Komitəsi rəsmisi Yevqeniy Qriqoryevlə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi İntiqam Babayev arasında görüş keçirilib. Rusiya tərəfdən görüşdə həmçinin Təhsil nazirliyi əməkdaşları, Sankt-peterburqun digər gənclər təşkilatlarının, o cümlədən Sankt-peterburqda milli mədəni muxtariyyətin tərkibində çalışan Azərbaycanlı gənclər təşkilatınınvə ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər. Görüşdə Sankt-peterburqlu gənclərlə Azərbaycanlı gənlər arasında daha diribaş işbirliyi qurulmasının çözümlərindən danışılıb. Danışıqlar zamanı 2019-cu ilin sentyabrında Sankt-peterburda keçiriləcək Rusiya-Azərbaycan gənclərinin 7-ci forumu məsələlərinə toxunulub.