DİQQƏT ! KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTIR

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən gün dünyanın 202 ölkəsində 575,444 nəfər koronavirusa yoluxub və xəstəlikdən 26,654 nəfər vəfat edib. Epidemiyanın əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir.

Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.29 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 27 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 190 nəfərdir, onlardan 25 pasiyentin vəziyyəti orta ağır, 23- ü isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 209 nəfər təşkil edir və koronavirusdan 4 ölüm faktı qeydə alınıb.Epidemiyaya yoluxma faktı təsdiqlənən pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq.