DİPLOMATİK XİDMƏT ORQANLARI ƏMƏKDAŞLARI TƏLTİF EDİLİB

Prezident İlham Əliyev iyulun 8-də "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə Abduləzimov Elşən Səməd oğlu Allahverdiyev Elçin Hüseyn oğlu Aslanov Azad Xanlar oğlu Cabbarov Abbas Hüseyn oğlu Cəfərov Sədi Rasim oğlu Əşrəfzadə Elvin Ülfət oğlu Hüseynova Aygün Əbülfəz qızı Hüseynova Nigar Ramiz qızı Qasımov Mahur Hafiz oğlu Məmmədov Eldar Həsən oğlu Məmmədova Hüsniyyə Rafael qızı Soltanov Fərid Rafael oğlu Şahyarov Şahin Arzuman oğlu Yaqubova Aysel Şakir qızı".