DAŞKƏNDDƏ ANARIN KİTABI TƏQDİM OLUNUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1084
			
	
        
		
			
		
		
	
	
		Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Anarın Daşkənddəki “Tamaddun” nəşriyyatında  özbək dilində nəfis tərtibatla çap olunan  “Əlbəttə görüşərik” adlı kitabının təqdimat mərasimi keçirilib.
350 səhifəlik kitabı orijinaldan özbək dilinə tanınmış jurnalist və tərcüməçi, “Gülüstan” jurnalının Baş redaktoru Mamatkul Hazratkulov çevirib. Tərcüməçi kitaba geniş və əhatəli “Ön söz” də yazıb. 
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin,  Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ədəbiyyatsevərlər, tələbələr iştirak edib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				