DAXİLİ TURİZMİN İNKİŞAFININ ÖNƏMİ

Pandemiya dönəmində xarici turizm imkanları qısıltlandığından daxili turizm əvəllki illərlə müqaisədə daha çox önəm daşımağa başladı. Ölkədə daxili turizm sənayesinin inkişaf etdirilməsi məqsədilə bir sıra işlər görüldü. Xarici ölkələrə gəzintiyə gedə bilməyən Azərbaycan vətəndaşları postpandemiya dönəmində artıq ölkədaxilində səfərlə çıxdılar, Respublikanın gəzməıi, səyahət edilə biləcək yerlərini daha yaxşı tanıdılarvə kəşf etdilər. İnsanların rahat istirahətlərinin təmin olunması vacib amillərinin hər birinin Azərbaycanda olduğunu indi daha çox insan bildi. Bu amillər sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi, rəngarəng mətbəx və coğrafi mövqedir. Azərbaycanın daxili turizm imkanlarından danışan turizm EKSPERTİ Dinara Ağaliyeva vurğuladı ki, hazırda xarici turizm yox dərəcəsindədir. Ona görə də Azərbaycan daxili turizmi inkişaf etdirməyə köklənməlidir. Çünki potensial turistlər yalnız ölkə vətəndaşlarıdır. Bunun üçün də otel, restoran və digər iaşə obyektlərində qiymət siyasəti tənzimlənməlidir.Xatırladaq ki, hazırda Azərbaycanda daxili turizmin inkişafı ilə yanaşı bir xarici ölkəlrələ turizm sahəsində əməkdaşlıq sahəsində işlər görülür, ölkənin turizm imkanları tanıdılır