CƏBRAYIL RAYONUNUN ÇƏLƏBİLƏR KƏNDİ

Çələbilər kəndi Cəbrayıl rayonunda yerləşir. Kəndin ərazisində tikintisi XVI əsrə aid olan əzəmətli bir məscid-mədrəsə də var. Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə ən böyük din xadimləri alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. Dağlıq Qarabağ hadisələri başlamamış bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunub, ilkin formasına gətirilib.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənd sakinləri əsasən heyvandarlıqla məşğul olublar. 27 illik erməni işğalına.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən son qoyularaq kənd işğaldan azad edilib.