(COVİD-19) TƏKCƏ MƏNFİ NƏTİCƏLƏR DOĞURMUR

Artıq tarixə adını yazdırmağı bacaran Koronavirus infeksiyasının ziyanını saymaqla bitməz. Ancaq COVID-19 təkcə mənfi nəticələr doğurmur. Bəs onun müsbət xüsusiyəti nədir? 

Son zamanlar bütün dünyada yayılan və ölkəmizdə də aktiv bir mövzu olan koronavirus ,insanların sağlamlıqları ilə yanaşı bir çox məşğuliyyətlərinə də təsir edib. Virusun yayılması ilə bir çox insan evdə oturub maşınlardan istifadə etmədiyindən, restoranlar, kafelər, ən əsası da bir çox fabrik və zavodlar fəaliyyətlərinə ara verdiklərindən dolayı hava çirklənməsində önəmli bir geriləmə var.Hesablamalara görə son iki ay ərzində hava çirklənməsinin aşağı səviyyəyə enməsi təkcə Çində 5 yaşdan aşağı 4000 uşağın və 70 yaşdan yuxarı 73000 adamın həyatını xilas edib.Beləcə, koronavirus nə qədər ölümcül olsa da, əslində dolayı yolla xeyli sayda insanın sağ qalmasına səbəb olub.