BÖYÜK QAYIDIŞ DAVAM EDİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 984
			
	
        
		
			
		
		
	
	
		Bu gün Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə  əhalinin köçürülməsinin ikinci mərhələsinə start verilib.  Rayonun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 63 nəfərdən ibarət daha on iki ailə köçürülür. Bu gün on iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük həyatına son verəcək. Ağalı kənd sakini Mübariz  Fərhadov 29 ildən sonra keçirdiyi hissləri Qafqaz TV - ə danışdı. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				