Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib.Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ” Turizm Mərkəzində qış turizm mövsümünə
start verildi.Bununla əlaqədar media nümayəndələrinin “Şahdağ” Turizm Mərkəzinə mediaturu təşkil edildi.Qafqaz tv-nin də iştirak etdiyi qış turizm mövsümünün açılışıyla bağlı toplantıda hansı yeniliklərdən bəhs oldu.sıradakı yeniliyimizdə bu haqda biləcəksiniz. Yeni əyləncələr hesabına ötən illərlə müqayisədə yaxın həftələrdə "Şahdağ"a gələn turistlərin sayının 5 faizə yaxın artacağı gözlənilir.Bu barədə "Şahdağ" Turizm Mərkəzinin sədri Rodderich Leffler deyib. Press-tur çərçivəsində media nümayəndələri "Şahdağ" Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar. Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turda jurnalsitlərə "Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumat verilib.Açılışla əlaqədar olaraq Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzinə KİV nümayəndələri üçün press-tur təşkil olunub. Tur zamanı Şahdağ Turizm Mərkəzinin rəhbərliyi tərəfindən mətbuat konfransı keçirilib. Mətbuat konfransında Mərkəzin rəhbəri Roderix Lefflerlə yanaşı Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Vəliyev və Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin nümayəndəsi Gülnar Mustafayeva da jurnalistlərin suallarını cavablayıb. Mərkəzin rəhbəri jurnalistlərə yeniliklər barədə açıqlama verib: "Bu ilin yeniliklərindən biri Mərkəzimizin ərazisində "SOCAR" şirkətinə aid yanacaqdoldurma məntəqəsinin yaradılmasıdır. Bundan başqa onu qeyd etmək istəyirəm ki, son 6 ildə ilk dəfə olaraq xizək xətlərimizin hər biri eyni gündə fəaliyyətə başlayacaq". Mərkəzin rəhbəri eyni zamanda tibbi sığorta məsələsinə də aydınlıq gətirib. "Müştərilərimizin təhlükəsizliyi və sağlamlığı bizim üçün birinci yerdə dayanır. Buna görə də biz il boyu fövqəladə hallar üçün təlimlər təşkil etmişik, tibb müəssisəmizi hətta cərrahi əməliyyatlar keçirə biləcək qədər yaxşı təhciz etmişik. Sığorta ilə bağlı onu bildirə bilərəm ki, Şahdağdan xizək keçid biletləri əldə edən hər kəs avtomatik tibbi sığorta ilə də təmin olunur" - deyə mərkəzin direktoru bildirib. Mərasimdə Qusar rayon İcra hakimiyyətinin başçısı, dövlət nümayəndələri eyni zamanda jurnalistlər iştirak edib.Hazırda media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılır. Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.