BODİBİLDİNQÇİ MƏRYƏM ƏLİZADƏQƏRİB KİMDİR?

Məryəm Əlizadəqərib 1984-cü ildə Tehranda anadan olub. 15 yaşından idmanla məşğul olur. O, 2012-ci ildə Tehrandan Bakıya köçür. Məryəm xanım 2017 –ci ildə ilk dəfə Bikini fitnes üzrə Azərbaycan Milli Çempionatına qatılır və 6-cı yerlə kifayətlənməli olur.Ancaq Məryəm xanım həvəsdən düşmür və daha əzmlə məşqlərini davam etdirir. Nəhayət onun zəhməti öz bəhrəsini verir. Belə ki, o 2019-cu ildə keçirilən Azərbaycan milli çempionatında Bikini fitnes yarışlarında fəxri kürsünün 1-ci pilləsinə qalxaraq, çempionatın qızıl medalına laiq görülür. Bundan sonra Məryəm Əlizadəqərib bir – birinin ardınca uğur qazanır. 2021-ci ildə keçirilən növbəti Azərbaycan milli çempionatında da o, qızıl medala laiq görülərək, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşır.