BİŞKEKDƏ NİZAMİ GƏNCƏVİ İLİ QEYD EDİLDİ

Bişkekdə Qırğız Respublikası Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirliyinin nümayəndəsi, alimlər, müəllimlər və qonaqlar iştirak ediblər.