BİR GÜN AVTOMOBİLSİZ” AKSİYASI HƏYATA KEÇİRİLİB

Belçikanın 22 şəhərində, həmçinin ölkə paytaxtının üç mərkəzi bələdiyyəsində “Bir gün avtomobilsiz” aksiyası keçirilib. Belçikada həyata keçirilən “Bir gün avtomobilsiz”

aksiyası günü şəhərin küçələrinə elektromobil və təcili yardım xidməti – polis, yanğınsöndürən və “tibb yardımı” maşınlarından savayı digər avtomobillərin çıxarılması qadağan edilib. Minlərlə şəhər sakini küçələrə özlərinin velosiped, rolik və samokatında çıxıb. Bəzilərini bunu, necə deyərlər, ailəlikcə edib. Şəhər hakimiyyət orqanlarının bu qərarı “Gələcək üçün cümə günləri” ekoloji hərəkatının ötən cümə bütün Avropa üzrə keçirilən nümayiş dalğasına bir növ reaksiyadır. Məmurlar, həmçinin qeyd ediblər ki, bu pilot layihəsi uğurla nəticələnərsə, o halda aksiyalar gələcəkdə də təkrarlanacaq. Yeri gəlmişkən, oxşar ekoloji eksperimentlərin Azərbaycanın bir sıra şəhərlərində keçirilməsinin vaxtı deyilmi? Necə deyərlər, işin əvvəli çətin olur