BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR

Müəllim – savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən , onları xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər ,cəmiyyətin etibar etdiyi şəxs. Həyatının 30 ilini təhsilə ,bu müqəddəs peşəni layiqincə təmsil etməyə həsr edən Elxan Məmmədov kimi.

Əməkdar müəllimin sözlərinə görə hamı bu müqəddəs peşə ilə məşğul ola bilməz,hər kəs müəllim adlandırıla bilməz. Müəllim- bu ada insanların həyatının hər anında ,və müxtəlif dövrlərində ehtiyac duyulur.üstəlik icbari təhsillə yanaşı müxtəlif peşə sahələrində uşaqlarla iç içə olub, onlara bildiklərini artıqlamasıyla öyrədənlər də az deyil. Gənc olmasına baxmayaraq artıq yüzlərlə tələbəsi olan rəqs müəllimi Xəyalə Qasimbəyli uşaqlarla işləməyin çətin olduğu qədər də maraqlı və məsuliyyətli bir iş olduğunu deyir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyi olan uşaqları etibar etdiyi müəllimləri bizdə fürsətdən istifadə edərək təbrik edirik