BAZARLARDA GİLASIN QİYMƏTİ NİYƏ DÜŞMÜR?

Alması ilə məşhur olan Qubada son illər gilas bağlarınında sayı artıb . Ötən il bu bağlardan 5345 ton məhsul yığılıb. Hazırda Qubada məhsul yığımı mövsümüdür. Fermerlər ötən ildən fərqli olaraq bu il gilasın satış qiymətinin baha olduğunu bildirirlər. Buna baxmayaraq , vəziyyət bəzi təsərrüfatçıları qane etmir. Quba rayonunun Gədik kəndindən olan təsərrüfat sahibləri bildirirlər ki, hər il bir ağacdan 50-60 kq məhsul toplayırdılarsa , bu mövsüm onun yarısını belə əldə edə bilmirlər. Yığılan məhsul ölkəmizlə yanaşı Rusiya bazarlarına da göndərilir. Qeyd edək ki, Qubada 18 min hektar meyvə bağı var ki, bunun 3500 hektarını gilas bağları təşkil edir. Təkcə son illərdə 2 000 hektara yaxın yeni gilas bağı salınıb .Bu meyvənin daha çox “ Krım “ “Romanovka “ , Öküz ürəyi və Napoleon kimi növlərinin yetişdirilməsinə üstünlük verilir. Yeni salınan bağlar əsasən intensiv üsulla becərilir.