BATUMİDƏ BEYNƏLXALQ "WORLD TRAVEL AWARDS" TURİZM TƏDBİRİ KEÇİRİLƏCƏK

Batumi turizmin "Oskar" müsabiqəsi sayılan "World Travel Awards"a ev sahibliyi edəcək. Avropanın qala-mərasimi Acarıstanda 2023-cü ildə keçiriləcək. Tornike Rijvadze deyib: "Dünən 2023-cü ildə Batuminin dünyanın ən nüfuzlu turizm qala tədbirlərindən birinə ev sahibliyi etməsinə dair razılıq əldə edildi. Bu tədbirin köməyi ilə həm bizim iqtisadiyyatı, həm də turizmi bərpası daha da sürətlənəcək. Xatırladığınız kimi, 2019-cu ildə Batumi Avropanın ən sürətlə inkişaf edən turizm məkanlarından biri olaraq çox nüfuzlu bir mükafat aldı. Bu mərasimi Batumidə keçirdikdən sonra isə bir çox önəmli tədbirləri, turizm sənayesinin və medianın nümayəndələrini qəbul etmək imkanı əldə edəcəyik".