BAKIDA “TURAN”ETNOFOLKLOR ANSAMBILININ KONSERTİ OLUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 673
			
	
        
		
			
		
		
	
	
		Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  “Turan” Etno – Folklor ansamblının və Zəfər qrupunun iştirakları ilə konsert proqramı təşkil olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova Fondun yaradılması təşəbbüsünə və təşkilata göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətlərinə təşəkkürünü bildirib.
Konsertdə rəsmilər, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, deputatlar, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 
Keçirilən konsertdə Azərbaycanın “Zəfər” muğam qrupu “Can Qarabağ” əsərini və digər mahnıları təqdim edib. Daha sonra çıxış edən Qazaxıstanın tanınmış “Turan” etno-folklor ansamblı Türk dünyasının zəngin musiqisindən nümunələr ifa edib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				