BAKIDA İKİ QARDAŞ ÖLKƏNİN HƏRBÇİLƏRİ BİRGƏ TƏLİM-MƏŞQLƏRƏ BAŞLAYIB

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişinə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə Bakıda təlim-məşqlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.