BAKIDA 25-Cİ BEYNƏLXALQ BİZNES FORUM KEÇİRİLİR

Bakıda 25-ci Beynəlxalq Biznes Forum işə başlayıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin və Beynəlxalq Biznes Forum un təşkilatçılığı ilə keçirilən forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir. “Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır.