BAKI “DÜNYANIN APARICI TURİZM DESTİNASİYASI ŞƏHƏRİ” NOMİNASİYASININ QALİBİ OLUB

Bakı şəhəri “Uzakrota” platformasının təşkil etdiyi səyahət mükafatları çərçivəsində “Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri” nominasiyası üzrə qalib elan olunub. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Bu nominasiyada qlobal səviyyədə səsvermə prosesi cari ilin oktyabr ayı ərzində keçirilib. Eyniadlı nominasiya üzrə ikinci və üçüncü yerləri isə İstanbul və Amsterdam şəhərləri tutub. Müsabiqədə 53 kateqoriya üzrə namizəd olan mindən çox turizm destinasiyası, hotel, hava yolu şirkəti, turoperator, onlayn səyahət platforması və başqa növ turizm təsisatları iştirak ediblər. Türkiyənin səyahət və işgüzar tədbirlər üzrə aparıcı platformalarından biri olan “Uzakrota” artıq 11 ildir ki, “Beynəlxalq Səyahət Mükafatları” tədbirini təşkil edir.