BAKI-QUBA YOLU İLƏ BAĞLI SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİLDİ

DİN-in Baş DYP İdarəsi xüsusilə həftə sonları Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artdığını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edib. Qeyd edək ki, 12 may tarixində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Xızı rayonundan keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.