BAKI MEDİA MƏRKƏZİNİN PREZİDENTİ ARZU ƏLİYEVAYA "ŞƏRƏF MÜKAFATI" VERİLDİ

Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olundu. Festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya “Şərəf mükafatı” təqdim olunub. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb.